2020-ci il aprelin 27-dən Azərbaycanda COVİD-19 koronavirusun yayılması ilə mübarizə çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər yumşaldılacaq. Bu barədə Operativ Qərargahdan məlumat verilir.
“Xüsusilə, 27 aprel saat 00:00-dan etibarən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab satışı, qəzet satışı, dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, kosmetika və ətriyyat satışı, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel satışı, avtomobil satışı, kimyəvi məhsulların satışı, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı və gübrə və aqrokimyəvi məhsulların satışı.
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. **
N.Abbasova