2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 240 mln. 764,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,7% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 160 mln. 517,8 min manat (artım 23,5%) və ya bazar üzrə bütün sığorta haqlarının 66,7%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 56 mln. 441,6 min manat (artım 46,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 104 mln. 76,3 min manat (artım 13,8%) təşkil edib.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə sığorta haqları 80 mln. 246,5 min manat (artım 12,7%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (62 mln. 525,2 min manat), həyatın yaşam sığortası (45 mln. 688,4 min manat) və AVSMMİS (19 mln. 372,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Ümumilikdə, bu üç sığorta növü üzrə haqlar hesabat dövründə sığortaçıların daxilolmalarının 53%-ni təşkil edib.
Cari ilin 3 ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 77 mln. 64,2 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 66,7% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 57 mln. 457,8 min manat (artım 92,1%) və ya bazar üzrə bütün ödənişlərin 74,6%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 35 mln. 463,6 min manat (artım 2,2 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 21 mln. 994,2 min manat (artım 49,2%) məbləğində olub.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə ödənişlər 19 mln. 606,4 min manat (artım 20,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (35 mln. 155,5 min manat), AVSMMİS (16 mln. 325,9 min manat) və könüllü tibbi sığorta 10 mln. 787,6 min manat) üzrə daha çox ödəniş ediblər.
2020-ci ilin mart ayının sonuna Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov