Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Öncə yerli mətbuata istinadən məlumat verilib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çərşənbə axşamı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında xüsusi əməliyyat keçirib.
Mətbuatın məlumatına görə, xüsusi əməliyyat çərçivəsindəİmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.
Həmçinin, bir sıra KİV-lər icra başçısının saxlanması barədə məlumat yayıb.**
B.Rüstəmbəyov