Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini və dost Rusiya xalqını Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təbrik edib. Bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilir.
Bu gün Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı iki ölkənin prezidentləri bir-birini təbrik ediblər. Tərəflər koronavirusla mübarizə istiqamətində görülən işlər və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
“Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov