2020-ci ilin dekabr ayında Bakıda növbəti Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək.
“Cari ilin 16-17 dekabr tarixlərində Bakı şəhərində 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək. Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak və Azərbaycanın energetika nazirinin müavini, Beynəlxalq Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyev arasında baş tutan videokonfrans zamanı konfransının texniki təşkilati məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb”, - nazirlikdən məlumat verilir.
Videokonfranda COVID-19 pandemiyasının təşkilatın 2020-ci il üzrə nəzərdə tutulan fəaliyyətinə təsiri qiymətləndirilərək, Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinin hazırki vəziyyəti nəzərdən keçirilib, Modernizasiya, İcra, İdarəetmə və Strategiya qruplarının işinin təşkili, sənədlərinin təsdiqlənməsi və iclaslarının keçirilməsi məsələləri müzakirə edilib. **
B.Rüstəmbəyov