Xarici vətəndaşların Azərbaycanla sərhəddə toplaşması Dağıstanda koronavirusla bağlı vəziyyəti çətinləşdirir. Bu sözləri “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.
"Respublikada epidemioloji vəziyyətin xüsusiyyəti çoxsaylı Azərbaycan vətəndaşlarının olması və onların bu gün sərhədlərdə toplaşmasıdır. "Yaraq-Qazmalar" beynəlxalq avtomobil buraxılış məntəqəsinin bağlanması çox vacibdir. FHN orada lazımi şərait yaradıb, amma bu adamlar yığılmağa davam edir. Bu insanlar öz vətənlərinə qayıtmalıdırlar, lakin onların belə imkanı yoxdur. Bu, daha bir risk nöqtəsidir", - deyə Popova bu gün Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə keçirilən müşavirədə bildirib.
O qeyd edib ki, Dağıstanda artıq kifayət qədər isti hava şəraiti (gündüz saatlarında +23-25) hökm sürür və insanların belə toplaşması koronavirus infeksiyası ilə yanaşı, digər bağırsaq infeksiyaları üçün də daha bir riskdir.*