Dağıstan rəhbəri Vladimir Vasilyev Rusiya prezidenti Vladimir Putinin respublika rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə keçirdiyi müşavirədə infeksiyanın yayılmasına yol verməmək üçün Azərbaycan və Rusiya vətəndaşlarının sərhəddən keçməsinin sistemləşdirilməsini təklif edib.
"Hazırda Azərbaycanla münasibətlərimiz elə qurulub ki, onlar tərəfdən RF vətəndaşları bizim tərəfə keçməyi xahiş edirlər və əksinə, bizim tərəfdən Azərbaycan vətəndaşları sərhədi keçmək istəyirlər. Addımlarımızı əlaqələndirə bilsəydik, yaxşı olardı. Məsələn, insanların yığılmaması üçün hər 15 gündən bir 450 vətəndaşın bir tərəfdən digər tərəfə keçməsi müzakirə edilən rəqəmlərdir”, - deyə Vasilyev müşavirədə bildirib.
O qeyd edib ki, 15 sutkalıq vaxt infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımdır.
"14 gün observasiya və 1 gün sanitar işlənmə üçün lazımdır. Güman edirəm ki, bu, infeksiyanın yayılmasının qarşısını almağa kömək edəcək", - deyə Vasilyev əlavə edib.*