2020-ci ilin birinci rübündə manat əsas tərəfdaş ölkələrin valyutalarına nisbətən bahalaşıb, İsveçrə frankı və yapon yeni isə istisna təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə Pul siyasəti icmalında deyilir.
Bu dövr ərzində manat türk lirəsinə qarşı 10,6%, Qazaxıstan tengenə qarşı 18,4%, Rusiya rubluna qarşı 28%, Ukrayna qrivnasına qarşı 17,6%, gürcü larisinə qarşı 14,8% bahalaşıb.
Hesabat dövründə manat İsveçrə frankına qarşı 1,3%, yapon yeninə qarşı 0,8% ucuzlaşıb.
Yanvar-mart aylarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyib.
Bu dövrdə banklarının orta günlük alış məzənnəsi 1,6986, satış məzənnəsi isə 1,7027 manat təşkil edib.
2019-cu ildə manat əsas tərəfdaş ölkələrin bütün valyutalarına qarşı bahalaşıb, rus rublu və Ukrayna qrivnası isə istisna təşkil edir. **
Ə.Məmmədov