İyulun 1-dən Gürcüstan ilk növbədə koronavirusun yayılması aşağı səviyyədə olan ölkələrdən və yalnız beynəlxalq tövsiyyələrə və Gürcüstan Səhiyyə Nazirliyinin göstərişlərinə uyğun olaraq əcnəbi turistləri qəbul edəcək. Bunu Xəstəliklərin Milli Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidze cümə günü brifinqdə deyib.
“İlk növbədə, əhalinin koronavirusa yoluxma səviyyəsinin aşağı olduğu “yaşıl” ölkələr və “yaşıl” nəqliyyat dəhlizlərindən turistləri qəbul edəcəyik. Öz tərəfimizdən Gürcüstana giriş və ölkədə hərəkət ilə bağlı əcnəbi turistlərə bəzi tələblər irəli sürüləcək”, - Qamkrelidze bildirib.
O bəyan edib ki, qonşu ölkələrdə - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanda koronavirusun yayılması ilə bağlı vəziyyəti həyəcənla izləyir.
O qeyd edib ki, turistlərə tələblər tam yerinə yetirilən olacaq. Bu, ilk öncə koronavirus testinin mənfi olduğunu təsdiq edən sənədlərə aiddir. **