Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin rəhbərliyi ilə videokonfrans keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Signify” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və rəhbərliyin digər nümayəndələri iştirak ediblər.
Videokonfransda həmçinin Azərbaycan tərəfdən prezidentin köməkçisi Natiq Əmirov iştirak edib. **
B.Rüstəmbəyov