Serbiya prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevi Azərbaycanın milli bayramı 28 may Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
O cümlədən, Vuçiç koronavirus ilə mübarizədə yardım olaraq Serbiyaya göndərilən tibbi avadanlıqlar üçün minnətdarlığını bildirib.
Həmçinin, Vuçiç Əliyevi Serbiyaya səfərə dəvət edib. “Serbiya prezidenti olaraq mən Serbiya ilə Azərbaycan arasındakı yaxın münasibətlərlə qürur duyuram. Serbiya vətəndaşları və mən ölkəmizə səfər etmək təklifinə müsbət cavabınızdan məmnun olarıq. İnanıram ki, sizin səfəriniz Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin tarixində xüsusi iz qoyacaq. Cənab prezident, bizim növbəti və ümid edirəm ki, tezliklə baş tutacaq görüşümüzü gözləyərək, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - təbrik məktubunda qeyd olunur. **
B.Rüstəmbəyov