Azərbaycan prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Fərmanın mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Nazirlər Kabinetinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra həmin torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan prezidentinə təqdim etmək tapşırılır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini 15 gün müddətində Azərbaycan prezidentinə təqdim etməlidir. **
B.Rüstəmbəyov