Ləğv prosesində olan "AGBank" ASC və "NBC Bank" ASC-nin kreditorları iyulun 15-nə qədər tələblərini qeydiyyatdan keçirə bilərlər. Bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
“AGBank” ASC və“NBC Bank” ASC-nin kreditorlarından xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010), Qaynar xətt: 135
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Mərkəzi Bank mayın 12-də "AGBank" ASC və "NBCBank" ASC-nin lisenziyalarını ləğv edib.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biri olub. Hazırda bankın kapitalı AMB-nin tənzimləyici tələblərindən azdır.
“NBC Bank” 1992-ci ilin dekabr ayında təsis edilib. Bankın səhmdarları 2 hüquqi (8,75% pay) və 7 fiziki şəxsdir (91,25% pay).*
Ə.Məmmədov