"Azərbaycan Hava Yolları" (AZAL) bu gün İstanbuldan Bakıya növbəti çarter reysi həyata keçirib və 178 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.
“AZAL vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün çarter reysləri həyata keçirməyə davam edir. Belə ki, mayın 22-də İstanbuldan Bakıya həyata keçirilən növbəti çarter reysi ilə 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb”, - deyə aviaşirkətin məlumatında bildirilir.
Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.*
Ə.Məmmədov