Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Sumqayıt şəhərində infrastruktur layihələrinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayırmağı tapşırıb.
Sərəncama əsasən, vəsait Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılmasına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Sərəncamın mətni dövlət başçısının rəsmi saytında dərc olunub. **
X.Nəsirzadə