Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin yanvar-mart aylarında ölkədə nağdsız ödənişlərin sayında artım qeyd edir.
“Cari ilin yanvar-mart aylarında Azərbaycanda ödəniş kartları ilə nağdsız əməliyyatların sayı 17,5 milyon təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 71% çoxdur”, - “İnterfaks-Azərbaycan”a AMB-dən bildirilib.
Eyni zamanda, hesabat dövrü ərzində nağdsız ödənişlərin həcmi 39% - 977,3 milyon manatadək artıb. **
X.Nəsirzadə