OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə cari sazişin iyulun sonunadək uzadılmasına ilə əlaqədar yekdil razılığa gəliblər. Bu barədə BƏƏ-nin energetika naziri Suheyl əl-Mazrui Twitter səhifəsində məlumat verib.
“OPEC və qeyri-OPEC ölkələri cari azaldılmanın iyulun sonunadək uzadılması və may ayında bəzi ölkələr tərəfindən azaldılmayan istənilən həcmlərin kompensasiya edilməsi yolu ilə sazişin qüvvəyə mindiyi andan üzərlərinə tam öhdəliyin götürülməsinə dair yekdil razılığa gəliblər”, - nazir yazıb. **