Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən növbəti yeni hərbi hissənin açılışında iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb. Hərbi hissənin ərazisində qarovul xidmətinin təşkili məqsədilə qarovul şəhərciyi və qarovul evi də inşa edilib”, - məlumatda qeyd olunur.
Bundan başqa, ərazidə su təmizləyici qurğu quraşdırılıb, içməli və yanğından mühafizə su anbarları, həmçinin yeraltı su nasosxanası tikilib.
Hərbi hissəyə yüksək gərginlikli elektrik, əsas su və təbii qaz xətləri çəkilib.
Məlumata əsasən, Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə komandanlığa müvafiq tapşırıqlar verib. **
X.Nəsirzadə