Dövlət Turizm Agentliyi (DTA) "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində qaz xətlərinin yenidən qurulmasına 233 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «VA Group» MMC ilə qoruq ərazisində yeraltı qaz xətlərinin çəkilməsini nəzərdə tutan müqavilə imzalanıb.
Müqavilənin dəyəri 233,64 min manatdır.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Prezident İlham Əliyev 3 fevral 2018-ci il tarixində Dövlət Turizm Agentliyi tərəfindən qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrinin, eləcə də onun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərin hazırlanması haqqında sərəncam imzalayıb.*
B.Rüstəmbəyov