Azərbaycanda koronavirus infeksiyasına daha 471 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 12,238 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6,516 min nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib.
“5,574 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,627 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 417,102 mindir.*
Ə.Məmmədov