Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə 13,8 milyon manat ayrılacaq.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
Ə.Məmmədov