Prezident İlham Əliyev Samux rayonunda Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 19,1 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bu avtomobil yolu beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
N.Abbasova