Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
General-leytenant Kərəm Mustafayevə “general-polkovnik” hərbi rütbəsi, polkovnik Nizami Məmmədova və polkovnik Ramil Əsgərova “general-mayor” hərbi rütbəsi, 1-ci dərəcəli kapitan Sübhan Bəkirova “kontr-admiral” hərbi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Səmədova general-mayor ali hərbi rütbəsi verilib.
Müvafiq sərəncamlar bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov