Yenidənqurma işlərindən sonra “Azərbaycan” İstilik Elektrik Stansiyasının qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident İlham Əliyev cümə axşamı yenidənqurma işlərindən sonra “Azərbaycan” İstilik Elektrik Stansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Xüsusilə, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
“Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq», - Əliyev tədbirdə bildirib
Prezident vurğulayıb ki, yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. **
X.Nəsirzadə