Azərbaycanda koronavirus infeksiyasına daha 517 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 15,369 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8,364 min nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib.
“6,818 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,98 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 456,215 mindir.**
Ə.Məmmədov