Prezident İlham Əliyev İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müvafiq sərəncam bu gün imzalanıb.
Sərəncama əsasən, İsmayıllı rayonunun əhalisi 37660 nəfər olan 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 700 min manat ayrılacaq.*
X.Nəsirzadə