Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirir. Bu barədə DTX-nin yaydığı məlumatda deyilir.
“İstintaq-əməliyyat tədbirləri Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.*
B.Rüstəmbəyov