Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 2 milyard 19 milyon 826,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-iyun aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 65 milyon 160,1 min manat təşkil edib. Beləliklə, bu ilin I yarısında dövlət büdcəsinə köçürmələr 2,2% azalıb.
Bu dövrdə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 450 milyon 9,9 min manat, aksizlər üzrə 66 milyon 673,2 min manat, yol vergisi üzrə 18 milyon 703,5 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 484 milyon 439,8 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard manat məbləğində müəyyən edilib.*
Ə.Məmmədov