Azərbaycan prezidenti İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 8,5 milyon manat ayırmağı tapşırıb.
Bu vəsait Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılmasına yönəldiləcək.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub. **
V.Rüstəmbəyov