12-14 iyul tarixlərində sərhəddə Ermənistan silahlı qüvvələri ilə döyüşlər zamanı 11 Azərbaycan zabiti və hərbi qulluqçusu həlak olub. Bunu “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“12-13 iyul tarixlərində 4 hərbi qulluqçu və zabit, bu gün isə daha 7 nəfər həlak olub”, - Dərgahlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri arasında yaralılar da var.
O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində döyüşlər davam edir. **
A.Əzizov