Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus kazarma Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin sərrast zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus kazarma məhv edilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə