Azərbaycanda koronavirus infeksiyasına daha 471 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 26,636 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17,805 min nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib.
“8,49 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,023 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 610,523 mindir.*
Ə.Məmmədov