Azərbaycan hökuməti yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejiminin 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmasına dair qərar qəbul edib. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bununla yanaşı, Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Hazırkı dövrədək ölkəmizdə 26,636 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17,805 min nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib.
8,49 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.*
A.Əzizov