Azərbaycanda koronavirus infeksiyasına daha 497 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 27,133 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18,45 min nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib.
“8,334 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,263 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 619,786 mindir.*
Ə.Məmmədov