Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tezliklə nizamlanmasına və iki ölkənin vətəndaşları arasında münasibətlərdə emosional fonun normallaşacağına ümid edir. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi bəyan edib.
“Ümid edirik ki, bu vəziyyət tezliklə nizamlanacaq və beləliklə, emosional fon normal məcraya qayıdacaq”, - Peskov jurnalistlərin ötən istirahət günləri, həmçinin Moskvada iki respublika vətəndaşları arasında münasibətlərdə gərginliyi şərh etmək xahişinə cavab olaraq bildirib. **