Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşüb. Bu barədə Dnepr meriyası məlumat yayıb.
“Tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini qeyd ediblər. Xüsusilə söhbət Müslüm Maqomayev adına parkın açılması ilə bağlı birgə layihədən gedib”, - deyə məlumatda bildirilir.
Axundova 2021-ci ildə Azərbaycan-Ukrayna biznes forumunun keçirilməsi niyyətini diqqətə çatdırıb.
Filatov Dneprin azərbaycanlı investorlarla əməkdaşlığa hazır olduğunu bildirib.
"Dneprdəki Azərbaycan icması çox fəaldır. Bu iştirak şəhərin həyatında çox vacibdir. Biz Azərbaycana və onun Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi siyasətinə böyük hörmət bəsləyirik", - deyə Filatov qeyd edib.*
X.Nəsirzadə