Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan hesab edir ki, Qarabağ nizamlanması ilə bağlı Ermənistanın baş naziri nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşləri dayandrılmayacaq.
“Liderlərin görüşləri prosesin bir hissəsidr, onlar əvvəl də baş tutun, mən əminəm ki, gələcəkdə də görüşlər keçiriləcək. Mən buna əminəm. Lakin bu görüşlər hərtərəfli hazırlanmalıdır ki, biz irəliləyiş üçün mökəm təməlin yaradılmasına cəhd edək”, - Mnatsakanyan FRANCE 24 kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrəvan “bütün vasitə və yollarla” Qarabağ üzrə sülh prosesinə yardım etməyə sadiqdir.
“Xarici işlər nazirləri (Ermənistan və Azərbaycan - İF) bilavasitə danışıqlar prosesinə və liderlər üçün işgüzar gündəliyin hazırlanmasına cəlb olunublar. Biz danışıqlarda irəliləyişin əldə olunması məqsədilə ən ciddi şəkildə fəaliyətimizi davam etdirəcəyik. Beləliklə, danışıqlarda irəliləyişin əldə olunması məqsədilə bu görüş üçün yaxşı təməllər hazırlayandan sonra liderlərin görüşü mümkün olacaq”, - Mnatsakanyan bildirib. **