Vaşinqton Azərbaycan-Ermənistan sərhədində vəziyyətə görə narahatdır. Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan çərşənbə axamı jurnalistlərə bildirib.
“Biz həqiqətən Azərbaycan-Ermənistan sərhədində baş verənlərə, vəziyyətə görə narahatıq. Bu münaqişə çox təhlükəlidir və mütləq dialoq yolu ilə həll olunmalıdır”, - səfir bildirib.
Onun sözlərinə görə, hələ ki münaqişə daha da şiddətlənməyib, dialoq üçün maksimum dərəcədə istifadə ediləcək müvafiq mexanizmlər var.
Deqnan Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana döyüş sursatın göndərilməsinə dair bəzi Azərbaycan mətbu orqanların məlumatlarını şərh etməkdən imtina edib. **