Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mövqelərinə hücum barədə məlumatı təkzib edib, bu məlumatı uydurma və dezinformasiya hesab edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bəyan edib.
“Bu istiqamətdə biz tərəfdən yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunur. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib. Bir daha qeyd etmək istərdim ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Ermənistan tərəfinin məlumatı növbəti dezinformasiyadır”, - Dərgahlı bildirib.
Öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində guya Azərbaycan Silahlı Qüvvələrin xüsusi təyinatlı bölmələrinin “Qorxmaz” mövqeyinənövbəti hücum cəhdi həyata keçirdiklərini yazıb.**
A.Əzizov