Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,1 milyon manat ayrılacaq.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə ayrılacaq.
Avtomobil yolu on dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov