Ötən mövsümün yekunları üzrə (2019-cu il 1 iyuldan 2020-ci il 30 iyuna qədər) RF-dən taxıl ixracı 42,331 milyon ton təşkil edib, bu da bir il əvvəlki mövsümün göstəricisindən 1,085 milyon ton azdır (2,5%). Bu barədə “Analitika Mərkəzi” məlumat verir. Məlumatda oktyabr-may ayları ərzində İrana və iyun ayında Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac nəzərdə tutulmur.
2019-2020-ci illər mövsümündə Rusiya taxılı Türkiyə (9,1 milyon ton, bütün həcmin 22%-i), Misir (6,2 milyon ton, 15%), Banqladeş (2,3 milyon ton, 5%), Səudiyyə Ərəbistanı (1,8 milyon ton, 4%) və Azərbaycana fəal ixrac olunub (1,4 milyon ton, 3%).
2020-ci il iyulun 1-dən 9-dək yeni kənd təsərrüfatı ili başlanandan əsas ixrac istiqamətləri Türkiyə (56,7 min ton), Misir (40,7 min ton), Gürcüstan (13,7 min ton), Azərbaycan (10,1 min ton) və Litva olub (7,0 min ton). **