2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda orta aylıq pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% artıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
“Bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24% artaraq 330 manata yaxın olub”, - deyə məlumatda bildirilir.
2020-ci ilin 1 iyul tarixinə ölkədə pensiyaçıların sayı 1 milyon 260 min nəfər təşkil edir. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.
Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 milyon manat (24,09%) çox olmaqla, 2 milyard 250 milyon manat təşkil edib.*
X.Nəsirzadə