Prezident İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Prezident, həmçinin İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.*
X.Nəsirzadə