Sentyabrın 15-də “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Ümumi yığıncağın gündəliyinə ABB-nin 2019-cu ilin maliyyə hesabatının təsdiq olunması, 2019-cu ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi və bankın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri daxil edilib”, - deyə məlumatda bildirilir.
2019-cu ildə ABB-nin milli standartlar üzrə xalis mənfəəti 302 milyon 316,02 min manat, BMHS üzrə 256,953 milyon manat təşkil edib.
2018-ci ilin yekunları üzrə ABB dividend ödənişinə 150 milyon manat yönəldib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir.*
Ə.Məmmədov