Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunda 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayırmağı tapşırıb.
Bu addım Qəbələ rayonunun əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün atılır.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov