Prezident İlham Əliyev Balakən rayonunda 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsində “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 700 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncam Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə imzalanıb.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*
Ə.Məmmədov