Prezident İlham Əliyev İsmayıllı rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500 min manat ayrılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
Ə.Məmmədov