Milli Məclisin 60-a yaxın deputatı parlamentin növbədənkənar iclasının keçirilməsini tələb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentin mətbuat xidmətindən məlumat verilib.
“Milli Məclisin 59 deputatının tələbi ilə avqustun 4-də parlamentin növbədənkənar sessiyası keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb”, - deyə məlumatda bildirilir.
İclas çərçivəsində 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi məsələsinə baxılması planlaşdırılır.*
Ə.Məmmədov