Azərbaycan hökuməti 2020-ci ildə SOCAR-ın və ölkədə neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin xətti ilə dövlət büdcəsinə vergi ödənişlərini 390 milyon manat azaltmağı planlaşdırır.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsi” parlamentə təqdim olunub. Layihəyə əsasən, Azərbaycan PSA sazişləri çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərin, həmçinin SOCAR tərəfindən vergi ödənişlərinin azaldılması planlaşdırılır”, - “İnterfaks-Azərbaycan”a Maliyyə Nazilriyindən məlumat verilir.
Bu dəyişikliklər dövlət büdcəsində bir barel neftin baza qiymətinin 55 dollardan 35 dollaradək azaldılması, həmçinin OPEC+ yeni saziş çərçivəsində ölkədə neft hasilatının azalması ilə şərtlənir.
“Nəticədə, PSA sazişləri çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödənişlər 550 milyon manat səviyyəsində gözlənilir, bu da ilkin proqnozdan 180 milyon manat azdır (azalma 24,7%). SOCAR-ın xətti ilə dövlət büdcəsinə vergi ödənişlərini ilkin proqnozdan 210 milyon manat – 1 milyard 2450 milyon manatadək azaltmaq planlaşdırılır (azalma 14,5%)”, - nazirlikdən vurğulanır.
Azərbaycan parlamenti avqustun 4-də keçiriləcək iclasda dövlət büdcəsinə düzəlişlər layihəsini müzakirə edəcək.
Xəbər verildiyi kimi, 2019-cu ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxiolmalar 831 mln. manat təşkil edib (2018-ci illə müqayisədə azalma 18,2%).
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb. **
N.Abbasova