Hazırda Azərbaycan hökuməti əhali üçün COVİD-19 koronavirus səbəbindən sərt karantin rejiminin qüvvədə olduğu regionlara səfərlərin açılması imkanını müzakirə edir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Hazırda sərt karantin rejiminin qüvvədə olduğu regionlara səfərlərin açılması imkanı müzakirə edilir. Lakin bu müzakirələr ölkədə epidemioloji vəziyyəti kompleks şəkildə qiymətləndirilməsi ilə bərabər aparılır, çünki biz infeksiyanın yayılmasını istəmirik”, - Hacıyev bazar ertəsi brifinqdə bildirib.
Onun sözlərinə görə, hökumət həmçinin sərt karantin rejiminin və çox sayda məhdudiyyətlərin saxlanılması şəraitində biznesə əlavə maliyyə dəstəyinin göstərilməsi imkanını müzakirə edir. “Xüsusilə, mikrobiznesə daha bir maliyyə dəstəyinin göstərilməsi imkanı nəzərdən keçirilir (aprel-may aylarında 250 milyon manat məbləğində maddi dəstək alanlara)”, - o qeyd edib
Hacıyev əlavə edib ki, bazar ertəsi koronavirusa qarşı mübarizə məsələsi ilə baölı Azərbaycana yardımın göstərilməsi və təcrübə mübadiləsi məqsədilə İtaliyadan həkimlər Bakıya gəliblər.
Azərbaycanın 13 şəhər və rayounda avqustun 31-dək sərt karantin rejimi qüvvədədir: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında. **
N.Abbasova